Gündəm

Azərbaycanda bu nazirliklər birləşdirilir

Azərbaycanda bu nazirliklər birləşdirilir

Yaxın zamanlarda Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birləşdiriləcək.

Demokrat.az xəbər verir ki, bu haqda Etikxeber.az-a etibarlı mənbədən məlumat verilib.

“Bu haqda yuxarı dairələrdə müzakirələr gedir. Ola bilər ki, yaxın zamanlarda konkret qərar verilsin, yəni, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birləşdirilsin” - deyə, qeyd edilib.

Onu da qeyd edək ki, Gənclər və idman naziri vəzifəsi hazırda boşdur.

Bir müddət öncə Gənclər və idman naziri Azad Rəhimov xərçəng xəstəliyindən dünyasını dəyişib.

D
demokrat.az