Hadisə

Bakıda qatarın vurduğu qadın komaya düşdü

Bakıda qatarın vurduğu qadın komaya düşdü

Bakının Nizami rayonunda qadını qatar vurub.

Demokrat.az xəbər verir ki, hadisə metronun Koroğlu stansiyası yaxınlığında yerləşən dəmiryol xəttində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Əlizadə Həmid Talıb qızı dəmiryolu relslərini keçərkən onu yük qatarı vurub. Yaralı komatoz vəziyyətində 3 nömrəli şəhər kliniki tibbi mərkəzə yerləşdirilib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.(APA)

D
demokrat.az