Dünya

Şimali Kipr prezidentinin atası vəfat etdi

Şimali Kipr prezidentinin atası vəfat etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib.

Demokrat.az xəbər verir ki, o, aprelin 24-də 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rüstəm Tatar 1930-cu ilin oktyabrın 23-də Kiprin Baf rayonunun Yakacık kəndində anadan olub.

Ali təhsilini Böyük Britaniyada alıb.

O, Şimali Kipr Türk Respublikasının yaranması ilə nəticələnən danışıqlarda müşavir qismində iştirak edib.

1967-75-ci illərdə Kiprin maliyyə və büdcə işləri naziri olub.(report.az)

D
demokrat.az