Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
Demokrat.az-ın APA-ya istinadən xəbərinə görə, iki "Vaz 2106" markalı maşın toqquşub. Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


