İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği barədə məlumat verilib. Demokrat.az-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən aprel ayının 1-nə fond 1 410 borcalana 97,2 milyon manata qədər ipoteka krediti verib. Ümumilikdə isə bu günə qədər fond 32 min 872 borcalana 1 milyard 737 milyon 329 min 816 manat məbləğində ipoteka krediti verilib. Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib. Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 671 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib. 2021-ci ilin əvvəlindən aprel ayının 1-ə isə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 258 mənzil təqdim edilib.
Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı müəyyənləşdi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


