Xarici siyasət

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü baş tutacaq

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü baş tutacaq

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla ayrı-ayrılıqda görüşlər keçirərək, üç ölkənin liderlərinin Qarabağla bağlı razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edəcək.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Aprelin 1-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri keçiriləcək. Söhbət əsnasında ikitərəfli əməkdaşlıq məsələlərinin, əlbəttə ki, Qarabağdakı vəziyyətin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 9 noyabrı və cari ilin 11 yanvarındakı razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır”, - deyə M.Zaxarova qeyd edib.

Tərəflər həmçinin görüşlər zamanı bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.(oxu.az)

Demokrat.az

D
demokrat.az