Dünya

Ermənistanda parlament seçkisi keçirilir

Ermənistanda parlament seçkisi keçirilir

Ermənistandan növbədən kənar parlament seçkilərinə start verilib.

Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 08.00-da ölkə üzrə 2010 seçki məntəqəsində səsvermə başlayıb.

Mərkəzi Seçki Komitəsinin məlumatına əsasən, seçkilərdə 9 partiya və 2 blok iştirak edir. Səsvermə yerli vaxtla 20.00-da yekunlaşacaq.

Ermənistandan kənarda seçki məntəqələri açılmayıb. Səsvermədə iştirak etmək istəyən ermənilər ölkəyə qayıtmalı olacaqlar.

Seçkilərdə 2,5 milyona yaxın insanın iştirak edəcəyi gözlənilir.

D
demokrat.az