Dünya

Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın Çinlə sərhədində 4.8 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, Qazaxıstanın Seysmik Stansiyalar Şəbəkəsinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Jarkent şəhərindən 70 km şimal-şərqdə, Çin və Qazaxıstanın sərhəd bölgəsində yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

D
demokrat.az