Dünya

Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Tükiyədə son sutkada koronavirusdan ölənlərin sayı 71 nəfər olub.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, martın 16-da ölkə üzrə verilmiş 158 386 COVID-19 testindən 16.749-nun cavabı müsbət çıxıb.

Son 24 saat ərzində Türkiyədə 17 893 nəfər virusdan sağalıb ki, bununla da indiyədək sağalanların ümumi sayı 2 734 862 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 1474 ağır koronavirus xəstəsi var.

D
demokrat.az