İqtisadiyyat

Deputat: “Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq faydalı və arzuediləndir”

Deputat: “Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq faydalı və arzuediləndir”

Bugünlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Azərbaycanla Xəzərdə neft-qaz yataqlarının istismarı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Demokrat.az bildirir ki,moderator.az-a açıqlamasında Türkliyə ilə bütün sahələrdə əməkdaşlığın vacibliyini vurğulayan millət vəkili Vahid Əhmədov, qardaş ölkə ilə çoxşaxəli əməkdaşlığın həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğun olduğunu qeyd edib:

“Türkiyə ilə sadəcə neft-qaz sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq bizim üçün olduqca vacibdir. Çünki Türkiyə hər zaman bizə dəstək olan, bizi müdafiə edən bir dövlətdir. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın genişlənməsi ilə bağlı ciddi müqavilələr imzalanıb. İki ölkə arasında viza rejimi ləğv edilib. Hər iki ölkə 15 adda məhsulu vergidən azad edib və s.

Türkiyə Azərbaycanla əməkdaşlıqda maraqlıdır və biz də Azərbaycan olaraq bunun üçün hər cür şəraiti yaratmalıyıq. Bu, bizim üçün də önəmlidir.

2023-cü ilə qədər iki dövlət arasında ticarət dövriyyəsinin həcminin 15 milyard dollara qaldırılması nəzərdə tutlur. Bütün bunlar onu göstərir ki, iki ölkələr arasında əməkdaşlıq genişlənəcək. Bir daha qeyd edirəm ki, Türkiyə ilə bütün sahələrdə, o cümlədən neft-qaz sahəsində əməkdaşlıq təqdirəlayiqdir”.

D
demokrat.az