Bu gün Avro-2020-nin seçmə mərhələsinin püşkü atılıb.
Qol.az-ın xəbərinə görə, İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Milli komandamız da bügünkü püşkatmada seçmə mərhələdəki rəqiblərini tanıyıb. Yığmamız Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda yer alıb.
Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünüb. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alıb. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.
A qrupu
İngiltərə Çexiya Bolqarıstan Monteneqro Kosovo
B qrupu
Portuqaliya Ukrayna Serbiya Litva Lüksemburq
C qrupu
Hollandiya Almaniya Şimali İrlandiya Estoniya Belarus
D qrupu
İsveçrə Danimarka İrlandiya Gürcüstan Cəbəllütariq
E qrupu
Xorvatiya Uels Slovakiya Macarıstan Azərbaycan
F qrupu
İspaniya İsveç Norveç Rumıniya Farer adaları Malta
G qrupu
Polşa Avstriya İsrail Sloveniya Makedoniya Latviya
H qrupu
Fransa İslandiya Türkiyə Albaniya Moldova Andorra
İ qrupu
Belçika Rusiya Şotlandiya Kipr Qazaxıstan San Marino
J qrupu
İtaliya Bosniya və Herseqovina Finlandiya Yunanıstan Ermənistan Lixtenşteyn
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.
Xatırladaq ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.


