Sosial

Eldar Əzizov güclü yağışla əlaqədar tapşırıqlar verdi

Eldar Əzizov güclü yağışla əlaqədar tapşırıqlar verdi

Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Meriya gücləndirilmiş rejimdə çalışır.

Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ.Kərimovun sözlərinə görə, hava şəraitinindəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb:

“Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib”.

D
demokrat.az