Goranboyda iki nəfər dəm qazından zəhərlənib. Demokrat.az xəbər verir ki, hadisə axşam saatlarında Goranboyun Balakürd kəndində baş verib.
1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb evdə düz quraşdırılmayan qaz sobası səbəb olub.(yeiavaz.com)


