Hadisə

Suqovuşanda mina partladı: ölən var

Suqovuşanda mina partladı: ölən var

İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

Demokrat.az-ın"Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az