Hadisə

Rayonlara gediş-gəliş bu gündən açıldı

Rayonlara gediş-gəliş bu gündən açıldı

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Demokrat.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır. Demokrat.az

D
demokrat.az