Dünya

Bu gün Portuqaliyada prezident seçkiləridir

Bu gün Portuqaliyada prezident seçkiləridir

Bu gün Portuqaliyada koronavirus pandemiyası və epidemik vəziyyətin kəskinləşməsi fonunda prezident seçkiləri keçiriləcək.

Demokrat.az “TASS”a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə yeddi namizəd, o cümlədən respublikanın hazırkı lideri Marselu Rebelu di Souza iddia edir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da-red.) açılacaq və saat 19:00-dək (Bakı vaxtı ilə saat 23:00-dək-red.) işləyəcək. Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir.

D
demokrat.az