Dünya

Türkiyədə COVİD-19: daha 169 nəfər vəfat etdi

Türkiyədə COVİD-19: daha 169 nəfər vəfat etdi

Türkiyədə son gündə daha 169 nəfər koronavirusdan (COVID-19)vəfat edib.

Demokrat.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca son sutka ərzində simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8314 nəfərin virusa yoluxduğunu deyib.

Nazir bildirib:

"Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9109, ağır xəstələr isə 2311 nəfər olub"

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 373 115 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 246 047 nəfər sağalıb, 23 664 nəfər isə ölüb.

D
demokrat.az