Dünya

Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır”

Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır”

“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib.(apa.az)

D
demokrat.az