Vaşinqtondakı kütləvi iğtişaşlara görə hüquq-mühafizə orqanları 68 nəfəri saxlayıb.
Demokrat.azTASS-a istinadən xəbər verir ki, bunu paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında deyib.
“Həbs olunanlar arasında 60 kişi və 8 qadın var. Söhbət yanvarın 6-sı gecə və 7-si səhər saatlarında həyata keçirilən həbslərdən gedir”, - deyə Konti qeyd edib.


