Dünya

Zərif ABŞ-ın İrana hücum niyyətində olduğunu bildirdi

Zərif ABŞ-ın İrana hücum niyyətində olduğunu bildirdi

İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İrana hücum niyyəti olduğuna dair məlumat olduğunu bildirib.

Demokrat.az-ın məlumatına görə, bu barədə nazir öz Twitter səhifəsində yazıb.

“Amerilada Korona ilə mübarizə əvəzinə, Donald Tramp və ətrafındakılar bizim regionda B52 bombardman təyyarəsi uçurtmağa və gəmilərə milyardlarla dolları havaya sovururlar.

Əlimizdə İraqdan gələn məlumatlar var ki, müharibə bəhanəsi yaratmaq üçün planlardan xəbər verir.

İran müharibə arzulamır, amma aşkar və yubanmadan xalqımızı, təhlükəsizliyimizi, milli mənafelərimizi qoruyacağıq” - deyə Cavad Zərif öz twitində qeyd edib.

D
demokrat.az