Dünya

Rusiyada gəmi batdı — 17 nəfər...

Rusiyada gəmi batdı — 17 nəfər...

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.

Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.

İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.

İtkin düşən balıqçıların axtarışı davam etdirilir.

Demokrat.az

D
demokrat.az