İdman

"Səbail" klubunun baş məşqçisi koronavirusa yoluxdu

Səbail klubunun baş məşqçisi koronavirusa yoluxdu

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.

Bu barədə Demokrat.az-a klubun Mətbuat xidmətindən məlumat verilib.

39 yaşlı mütəxəssisin test nəticəsinin müsbət çıxdığı bildirilib. Hacıyevdə xəstəliyin simptomları müşahidə edilməsə də, o, 2 həftə ev şəraitində təcrid olunub.

Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.(report.az)

D
demokrat.az