Hadisə

Sumqayıtda komendat saatını pozan 10 nəfər saxlanıldı

Sumqayıtda komendat saatını pozan 10 nəfər saxlanıldı

Sumqayıt şəhərində hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə bir neçə nəfər saxlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhərində komendat saatı vaxtı küçədə gəzişən – Mirzəliyev Nurlan Rəhim oğlu, Mirzəliyev Namiq Məhəmməd oğlu, Mahmudov Kənan Vüqar oğlu, Qarayev Teymur Sabirxan oğlu, Hacıyev Elsevər Eynulla oğlu, Məmmədov Araz Şakir oğlu, Rəcəbov Amid Əfqan oğlu, İbişov Rauf Oktay oğlu, Putiyenko Emil Oleqoviç, Rəsulov Rüstəm Namiq oğlu saxlanılıblar.

Onların hər birinin barəsində müvafiq qurum tərəfindən protokol tərtib olunub.

Saxlanılan şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci (xüsusi icazə vərəqəsi və (və ya) єəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) maddəsi ilə ittiham verilib.

Onların barəsində müvafiq tədbir görülməsi üçün toplanan material Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

İşə hakim Rövşən Xəlilov yaxın günlərdə baxacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinən şəxsi xəbərdarlıq və ya 50 manat cərimə gözləyir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az