Dünya

13 qadını qətlə yetirən manyak koronavirusdan öldü

13 qadını qətlə yetirən manyak koronavirusdan öldü

Böyük Britaniyada silsilə qətllər törədən Piter Satkliff koronavirusdan ölüb.

Bununla bağlı Vesti.ru məlumat yayıb.

O, 1970-ci illərdə 13 qadını öldürməkdə və yeddisinə qarşı sui-qəsddə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum edilmişdi.

Bildirilib ki, iki həftə əvvəl P. Satkliff koronavirus diaqnozu ilə həbsxananın tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edək ki, Piterin öldürdüyü və sui-qəsd təşkil etdiyi qadınların hamısı fahişə olub.(oxu.az)

Demokrat.az

D
demokrat.az