Kriminal

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlandı

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Atçılıq yaşayış massivində 1995-ci il təvəllüdlü Əhmədov Babək Bəhrəm oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə zamanı B.Əhmədov qarnından bıçaqlanıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.(apa.az)

D
demokrat.az