Dünya

Türkiyədə koronavirusdan daha 86 nəfər öldü

Türkiyədə koronavirusdan daha 86 nəfər öldü

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 86 nəfər ölüb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 145 989 şübhəli koronavirus testindən keçib, onlardan 2693-nün cavabı pozitiv çıxıb, 2112 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3095 nəfər olub.

Türkiyədə indiyədək 402 053 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 145 nəfər ölüb.

D
demokrat.az