Dünya

İzmirdə zəlzələdə ölənlərin sayı 79-a çatdı

İzmirdə zəlzələdə ölənlərin sayı 79-a çatdı

İzmirdə baş vermiş 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 962 nəfər xəsarət alıb. Onlardan 743-ü müalicə olunaraq evə buraxılıb. 219 nəfərin müalicəsi davam etdirilir.

Hazırda 8 binada axtarış-xilasetmə işləri davam edir.

Zəlzələdən sonra 1120 avterşok qeydə alınıb.(oxu.az)

Demokrat.az

D
demokrat.az