Dünya

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.

Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19 səbəbilə ölənlərin sayı 1 milyon 144 min 255-ə, yoluxanların sayı isə 42 milyon 86 min 550-yə çatıb. Bu günə qədər 31 milyon 232 min 416 nəfər isə müalicə alaraq sağalıb.

Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Orada 8 milyon 664 min 365 nəfər COVİD-19- yoluxub, 228 min 423 nəfər isə həmin xəstəlikdən vəfat edib.

İkinci yerdə Hindistandır. Hindistanda 7 milyon 763 min 67 nəfər yeni növ koronavirusa yoluxub, 116 min 644 nəfər isə vəfat edib.

Üçüncü sırada Braziliyadır. Həmin ölkədə 5 milyon 332 min 634 yoluxma halı qeydə alınıb, 155 min 962 nəfər isə COVİD-19 səbəbilə dünyasını dəyişib.

Demokrat.az

D
demokrat.az