Dünya

Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.(report.az)

D
demokrat.az