Hadisə

Sumqayıtda zavodun həyətində yanğın baş verdi

Sumqayıtda zavodun həyətində yanğın baş verdi

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.

Bu barədə Demokrat.az-a ETSN-nin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

D
demokrat.az