Dünya

Türkiyə və Yunanıstan XİN başçıları görüşdü

Türkiyə və Yunanıstan XİN başçıları görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikol Dendiasla Slovakiyanın paytaxtı Bratislavada görüşüb.

“Report”un Türkiyə KİV-ə istinadən məlumatına görə, nazirlər Aralıq dənizinin şərqindəki vəziyyəti, Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər.

Görüşdə nazirlərin Azərbaycan Ordusunun Qarabağda torpaqları azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi etdikləri də ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Yunanıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

D
demokrat.az