Dünya

KTMT Ermənistan ərazisindəki hərbi təlimləri təxirə saldı

KTMT Ermənistan ərazisindəki hərbi təlimləri təxirə saldı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın sonuna Ermənistanda planlaşdırılan hərbi təlimləri təxirə salınıb.

Virtualaz.org bildirir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov məlumat verib.

Onun sözlərinə görə, indi KTMT-nin üzv dövlətləri ilə qeyd edilən təlimin yeri və keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.

Xatırladaq ki, KTMT-nin "Axtarış -2020" və "Qarşılıqlı əməkdaşlıq-2020" komanda-qərargah hərbi təlimləri 23-30 oktyabr tarixlərində Ermənistanın “Baqramyan” poliqonunda keçirilməli idi.

Demokrat.az

D
demokrat.az