Türkiyədə son sutkada daha 57 nəfər koronavirusdan ölüb.
Demokrat.azxəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 498 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 115 632 nəfərdən 1 603-nün cavabı pozitiv çıxıb. Türkiyədə ümumilikdə 326 046 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. Müalicə olunan 1 320 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 286 370 nəfər təşkil edir".


