İdman

Millimizə dəvət alan bombardir zədələndi

Millimizə dəvət alan bombardir zədələndi

"Sumqayıt" klubunun futbolçusu Əli Qurbani "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının V tur matçında zədələnib.

"Report"un məlumatına görə, cənubi azərbaycanlı hücumçu ayağında ağrılar hiss edib. Bu səbəbdən 30 yaşlı hücumçu 38-ci dəqiqədə yerini Cavid İmamverdiyevə verib.

Qurbani Monteneqro ilə oktyabrın 10-da səfərdə, Kiprlə isə oktyabrın 13-də evdə keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün ilk dəfə Azərbaycan yığmasına dəvət alıb.

D
demokrat.az