Tehran Vaşinqtona sarsıdıcı cavab “vəd etdi”

DÜNYA 21 sen 2020, 20:08

İran Prezidenti Həsən Ruhani Tehranın ABŞ zorakılığına sarsıdıcı cavab verəcəyini deyib. 

 

Rg.ru-nun məlumatına görə, Ruhani televiziya çıxışında bildirib ki, ABŞ bu tədbirləri etibarsız adlandıran Avropa müttəfiqlərinin dəstəyini itirib.


İran Xarici İşlər Nazirliyi öz növbəsində, Vaşinqtonun səylərini faydasız hesab edib və  bildirib ki, ABŞ-ın yanaşması beynəlxalq sülh və təhlükəsizlik, BMT və Təhlükəsizlik Şurası üçün görünməmiş ciddi təhdid yaradır.


Bildirilir ki, ABŞ birbaşa və ya bir sıra müttəfiqləri ilə əməkdaşlıq edərək, bu təhdidlərə uyğun hər hansı bir addım atarsa, ciddi reaksiya ilə qarşılaşacaq və qərarının bütün təhlükəli nəticələrini nəzərə almalı olacaq.


“Reuters”in məlumatına görə, ABŞ 21 sentyabrda İranın nüvə, raket və adi silah proqramlarında iştirak edən iyirmidən çox şəxsə və təşkilata sanksiya tətbiq edəcək.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top