İdman

"Neftçi"də yeni məşqçi təyinatı reallaşdı

Neftçidə yeni məşqçi təyinatı reallaşdı

“Neftçi” klubunun əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna yeni təyinat olub.

Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elşən Poladov bundan sonra sözügedən komandada qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, Poladov "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

D
demokrat.az