Dünya

Türkiyədə toyların keçirilməsi QADAĞAN EDİLİR

Türkiyədə toyların keçirilməsi QADAĞAN EDİLİR

Türkiyədə toyların keçirilməsi qadağan edilir.

Demokrat.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu qadağa bütün ölkə ərazidində qüvvəyə minəcək.

Türkiyə KİV-nin yazdığına görə, hökumətin belə radikal addım atmasına səbəb avqustun sonunda Bursa vilayətində keçirilən toyda baş vermis kütləvi yoluxmadır. Həmin toyda iştirak edən 42 nəfərdə COVID-19 aşkarlanıb, 150 nəfər isə qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.

Səhiyyə naziri Fəhrəttin Koca bildirib ki, ölkə koronavirusun birinci dalğasının ikinci pikini yaşayır:

“Bayramlar və toylardakı diqqətsizlilərimizi bizi bu vəziyyətə gətirdi”.

Yeni qərara əsasən, 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağan ediləcək. Yalnız nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. Amma həmin məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların iştirakı qadağan olunur.

Demokrat.az

D
demokrat.az