Dünya

ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

ABŞ-da son sutka ərzində daha 37 747 nəfərdə koronavirus aşkarlanıb, 490 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 6 210 983-ə, bu virusdan ölənlərin sayı isə 187 714-ə yüksəlib.

Bundan əlavə, indiyədək 3 452 865 nəfər sağalıb. Ölkədə 2 570 404 aktiv koronavirus xəstəsi var ki, onlardan da 15 936-nın vəziyyəti ağır qiymətləndirilir.

Demokrat.az

D
demokrat.az