Dünya

Futbol oynayan uşaqları ildırım vurdu — 10 nəfər öldü

Futbol oynayan uşaqları ildırım vurdu — 10 nəfər öldü

Uqandada futbol oynayarkən yağan leysan yağışlardan qorunmaq üçün samandan hazırlanmış daxmaya sığınan uşaqları ildırım vurub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 13 uşaqdan 10-u dünyasını dəyişib. 9 uşaq hadisə yerində, 1-i xəstəxanada vəfat edib. Yaralanan digər 3 yeniyetmə isə xəstəxanada müalicə olunur.

Xatırladaq ki, Uqandada 2011-ci ildə məktəblərin birinə ildırım düşməsi nəticəsində 18 uşaq həyatını itirmişdi.

D
demokrat.az