ABŞ-da polisin qaradərili Yakob Bleykə atəş açmasının ardından başlayan etiraz aksiyaları davam edir.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, polisin 29 yaşlı afroamerikalı Yakob Bleykə atəş açmasından sonra şəhərdəki etirazlar yenidən alovlanıb. Hadisə baş verən yerdə küçəyə çıxmaq qadağası qoyulsa da 150-yə yaxın insan məhkəmə binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirməyə başlayıb.
Qeyd edək ki, hadisə Viskonsin ştatının Kenoşa şəhərində 29 yaşlı Bleyk iki qadın arasında mübahisəni dayandırmağa çalışarkən baş verib. Polisin ona atəş açmasının səbəbləri məlum deyil. Yaralanan şəxs xəstəxanaya aparılıb vəziyyəti ağırdır. Hadisə yerində olan polislər məsuliyyətə cəlb edilib.


