Kriminal

Bakıda 18 yaşlı gənc tanışını bıçaqladı

Bakıda 18 yaşlı gənc tanışını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Paytaxt sakini Kənan Tağıyev münaqişə zəminində tanışı, 2002-ci il təvəllüdlü Nurəli İbrahimov tərəfindən bıçaqlanıb.

Yaralı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.İbrahimov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.(apa.az)

D
demokrat.az