Dünya

Putinin peyvənd vurduran qızını axtarırdılar: Əvəzində...

Putinin peyvənd vurduran qızını axtarırdılar: Əvəzində...

“CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanım barədə yazıb və onun Rusiya Prezidenti Vladimir Putinin qızı olduğunu iddia edib.

Telekanal məlumatı “Twitter” səhifəsində paylaşıb, ancaq daha sonra xəbər səhifədən silinib.

“Rusiya Prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, - deyə koronavirus peyvəndlərinə həsr olunan materialda bildirilib. Ancaq daha sonra məlum olub ki, Putinin qızı kimi təqdim ounan gənc xanım Natalya Vasiyarovadır və könüllü olaraq sınaqlara qatılıb. O, Rusiyanın Hərbi Tibb Akademiyasının kursantıdır.

Xatırladaq ki, Putin hökumətin iclasında koronavirusa qarşı peyvəndin artıq qeydiyyata alındığını bildirib və qızının da könüllü olaraq sınaqda iştirak etdiyini deyib. Qızının sınaq müddətindəki vəziyyətindən danışan Putinin bu çıxışından sonra gənc xanıma maraq artıb və telekanallar onu taparaq müsahibə götürməyə cəhd edir. Ancaq Putinin qızı həmişəki kimi mətbuatla təmasa maraq göstərmir.(cebhe.info)

Demokrat.az

D
demokrat.az