Dünya

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.

Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son sutka ərzində 165 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 2 min 247 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 19 min 804-ə, yoluxanların sayı isə 345 min 450-yə çatıb. 299 min 157 nəfər isə müalicə alaraq sağalıb.

Demokrat.az

D
demokrat.az