ABŞ BMT TŞ-də məğlub olduğunu etiraf etdi

DÜNYA 15 avq 2020, 11:09

“ABŞ İrana qarşı silah embarqosunun uzadılması cəhdi zamanı məğlubiyyətə uğradı”.


“Fox News”un məlumatına görə, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen deyib.


“Biz bu gün məğlubiyyətə uğradıq. Ancaq bu hələ son deyil”, - deyə müşavir bildirib.


O, həmçinin, bildirib ki, Almaniya, Fransa və Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ı dəstəkləməkdən imtinası onları məyus etsə də, təəccübləndirməyib.


Xatırladaq ki, avqustun 14-də BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah embarqosunun uzadılması ilə bağlı qətnaməsini dəstəkləməyib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top