İdman

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Demokrat.az xəbər verir ki, o, I təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) qarşılaşmasında iş başında olacaq. Xudiyev Estoniyadan olan hakimlər briqadasının fəaliyyətinə qiymət verəcək.

Qeyd edək ki, görüş avqustun 18-də Tbilisidə gerçəkləşəcək.(report.az)

D
demokrat.az