Tixanovskayadan daha bir müraciət: "Meydanlara çıxmayın" — VİDEO

DÜNYA 11 avq 2020, 18:39

Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya yeni videomüraciət yayıb.


Demokrat.az xəbər verir ki, sosial şəbəkə vasitəsilə yayımlanan yeni görüntülərdə Tixanovskaya insanları meydanlara çıxmamağa çağırıb:


“Mən, Svetlana Tixanovskaya, prezident seçkilərində iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Belarus xalqı öz seçimini etdi.


Minnətdarlıq və səmimiyyətlə bu müddət ərzində mənə dəstək olan bütün vətəndaşlara müraciət edirəm.
Belarus xalqı! Sizi ehtiyatlı olmağa və qanuna hörmətlə yanaşmağa çağırıram. Qan və şiddət istəmirəm. Xahiş edirəm, həyatınızın təhlükə altında qalmaması üçün polisə qarşı çıxmayın, meydanlara çıxmayın. Özünüzü və yaxınlarınızı qoruyun"

 

Yeniavaz.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top