“Yuventus”un yeni baş məşqçisi məlum oldu

İDMAN 08 avq 2020, 23:39

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.


“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib.


41 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.


Onun müqaviləsi 2022-ci ilin yanına qədər nəzərdə tutulur.


Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top