Dünya

Livandakı partlayışda 3 erməni ölüb, 100-ü yaralanıb

Livandakı partlayışda 3 erməni ölüb, 100-ü yaralanıb

Livanın paytaxtı Beyrutdakı limanda baş verən güclü partlayış nəticəsində 3 erməni ölüb, 100-ü isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” səhifəsində yazıb.

“Bu rəqəmlər arta bilər, çünki xeyli sayda itkin düşmüş insanlar var”, - deyə A.Naqdalyan vurğulayıb.

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

D
demokrat.az