Britaniyada karantin rejiminin yumşaldılması dayandırıldı

DÜNYA 31 iyl 2020, 18:42

Konoravirusa yeni yoluxma hallarının artması ilə əlaqədar Britaniya hökuməti karantinin yumşaldılmasının növbəti mərhələsini dayandırıb.

 
Demokrat.az xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

 
“Biz virusu nəzarətdə saxlamaq üçün əyləcə basmalıyıq. Avqustun 1-dən yoluxma riski böyük olan bir sıra müəssisələri açmağı düşünürdük. Lakin mən qeyd etməliyəm ki, biz hazırkı dəyişikliyi ən azı iki həftəlik təxirə salmağa məcburuq”, - deyə baş nazir bildirib.

 
Qeyd edək ki, yumşalmanın növbəti mərhələsi avqustun 1-dən başlamalı idi. Bolinq və kazino zalları açılmalı, qapalı müəssisələrdə bir sıra tədbirlərin keçirilməsinə icazə verilməli idi.

 
Xatırladaq ki, buna qədər hökumət mart ayının 23-dən tətbiq edilən karantin rejiminin yumşaldılması ilə bağlı qərarları ləğv etməyib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top