Dünya

Ermənistanda daha 239 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 239 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 239 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 37 min 629-a çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 8 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 719 nəfər olub.

İndiyədək 27 min 357 xəstə sağalıb. Hazırda Ermənistanda 9 330 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

D
demokrat.az